Fransalı pilotun Bakıdakı nəticəsi ləğv edildi – RƏSMİ

  “Alpin” komandasının pilotu Esteban Okon texniki reqlamenti pozduğuna görə Azərbaycan Qran-Prisinin sıralama turunun protokolundan kənarlaşdırılıb.

Referans xəbər verir ki, fransalı sürücünün bolidi sessiyanın sonunda texniki baxışdan keçə bilməyib.

FIA-nın məlumatına görə, Okonun arxa qanadı əyilmə testindən keçə bilməyib və onun çox çevik olduğu müəyyən edilib.

Nəticədə, Okon Bakıdakı yarışa düzülüşün sonuncu pilləsindən başlamalı olacaq.

O, sıralama turunu 18-ci sırada bitirmişdi.

Qeyd edək ki, “Red Bull” komandasının pilotu Maks Ferstappen sıralama turunun qalibi olub.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki