ABŞ mərkəzli “The Athletic” nəşri futbol tarixinin bütün zamanların ən yaxşı 100 futbolçusunu müəyyənləşdirən siyahısını açıqlayıb. Böyük maraq doğuran reytinqdə futbol dünyasının əfsanələri ilə yanaşı, yolu bir vaxtlar Türkiyədən keçmiş üç ulduz futbolçu da yer alıb.
Referans Media xəbər verir ki, siyahının zirvəsində müasir futbolun simvollarından biri olan Lionel Messi qərarlaşıb. Onu digər argentinalı əfsanə Dieqo Armando Maradona izləyir. Üçüncü pillədə isə futbol tarixinin dəyişməz ikonası Pele yer alıb.
İlk beşlik Lionel Messi Dieqo Armando Maradona Pele Yohan Kroyff Kriştiano Ronaldo
Türkiyədə oynamış 3 ulduz siyahıda
“The Athletic”in siyahısında karyeralarının müəyyən dövründə Türkiyə Superliqasında forma geyinmiş üç məşhur futbolçu da var:
Didye Droqba – 71-ci sıra Roberto Karlos – 77-ci sıra Gheorghe Hagi – 82-ci sıra
Qalatasaray və Fənərbaxça formaları ilə Türkiyə futboluna damğa vuran bu adların bütün zamanların ən yaxşıları sırasında göstərilməsi türk futbolsevərlər üçün də xüsusi qürur mənbəyi kimi qiymətləndirilir.
Nəşr siyahını tərtib edərkən futbolçuların karyera nailiyyətlərini, fərdi təsirlərini, oyuna verdikləri töhfələri və futbol tarixində buraxdıqları izləri əsas meyarlar kimi götürüb. Reytinq sosial mediada geniş müzakirələrə səbəb olub.
Siyahı belə davam edir:
