Füzulidə doğuş zamanı körpə ölüb

  Füzulidə doğuş zamanı uşaq ölüb.

Referans  “Teleqraf”a istinadla xəbər verir ki, rayonun İkinci Qayıdış qəsəbə sakini, 1997-ci il təvəllüdlü Mehtizadə Nərmin Qəhrəman qızının ağrıları olduğundan yaxınları onu Füzuli Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə çatdırıb.

Xəstəxanadan verilən məlumata görə, aparılan müayinələr zamanı hamiləliyin 7 ay yarım olması və doğulacaq qız uşağın ana bətnində ölü olduğundan dölün ana bətnindən xaric olunması qərarı verilib.

Hazırda ananın səhəti vəziyyətə uyğun qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki