Gain Medya ilə bağlı istintaq: 3 şirkət nümayəndəsi saxlanıldı

İstanbulda Anahat Holdingə bağlı bir sıra şirkətlərdə hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib. İstanbul Respublika Baş Prokurorluğunun tapşırığı ilə həyata keçirilən əməliyyat Gain Medya da daxil olmaqla holdinqin strukturuna daxil olan şirkətləri əhatə edib.

“Referans MEDİA” “Haber Global”a istinadən bildirir ki, İstanbul İl Jandarma Komandanlığının əməkdaşları “çirkli pulların yuyulması və ağır dələduzluq” ittihamları üzrə aparılan istintaq çərçivəsində şirkət ofislərində axtarışlar aparıblar. Nəticədə holdinq və şirkət rəhbərliyində təmsil olunan üç nəfər saxlanılıb.

Məlumata əsasən, Berkin Kaya, Selahattin Aydın və Barbaros Reşat Gülcan barəsində məhkəmənin saxlanılma qərarı mövcuddur. İstintaq tədbirləri davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki