Gədəbəydə 37 yaşlı kişi öldürüldü – Atası tutuldu

  Gədəbəy rayonunda qətl törədilib.

Referans.az  xəbər verir ki, noyabrın 15-i saat 22 radələrində Slavyanka kəndindəki evdə 1988-ci il təvəllüdlü Rəşad İlyasov bıçaqlanıb.

Kürək nahiyəsindən ağır xəsarət alan şəxs vəfat edib.

Hadisəni törətməkdə şübhəli bilinən mərhumun atası 1966-cı il təvəllüdlü İlqar Ləzim oğlu İlyasov polis əməkdaşları tərəfindən tutulub.

Faktla əlaqədar cinayət işi başlanıb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki