Gələn il dəfnpulu artacaq

Referans.az report-a istinadla xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2026-cı il büdcəsi ilə bağlı qanun layihəsinə verdiyi rəydə bildirilir.

Bu artım son illərdə minimum əmək pensiyasının artırılması və sosial müavinət məbləğlərinin yenilənməsi ilə bağlıdır.

2025-ci il iyulun 1-dən etibarən işləyən sığortaolunanlara ödənilən dəfn müavinəti 600 manata, vəfat etmiş əmək pensiyaçılarının ailəsinə ödənilən müavinət isə yaşa görə minimum pensiyanın 3 misli – 960 manata yüksəlib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki