image-bicaq-7backend

Gəncədə 31 yaşlı kişi bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Referans Media “Unikal”a istinadla xəbər verir ki, hadisə şəhərin Bağman adlanan ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini 1995-ci il təvəllüdlü F.Bağırov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib,hazırda vəziyyətinin kafi olduğu bildirilir.

Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki