Gəncədə ağır QƏZA – Dörd nəfəri maşın vurdu

  Gəncədə ölüm və xəsarətlərlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 

Referans.az xəbər verir ki , hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 4 piyadanı vurub. 

Hadisə zamanı ağır xəsarətlər alan 1959-cu il təvəllüdlü Qəribə Səfərova xəstəxanaya aparılarkən yolda ölüb.  

Digər xəsarət alanlar, 2008-ci il təvəllüdlü Pakizə Məmmədova, 1987-ci il təvəllüdlü İlahə Məmmədova və 1 yaşlı N.Məmmədov xəstəxanaya yerləşdiliblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki