Gəncədə güclü yanğın… – VİDEO

  Bu gün günorta saatlarında Gəncə şəhərində güclü yanğın qeydə alınıb.

Referans “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhərin sənaye zonasından – Alüminium zavodunun yaxınlığındakı ərazidən ətrafa qatı tüstü yayılmağa başlayıb.

Bildirilib ki, yanğın tullantılar olan ərazini əhatə edib.

Hadisə nəticəsində ətraf mühitə ciddi zərər dəyib, şəhərin böyük hissəsini qara tüstü bürüyüb.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki