Gəncə şəhər stadionunda III MDB Oyunlarının bağlanış mərasimi keçirilir.
Referans APA-ya istinadla xəbər verir ki, Baş nazirin müavini, III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri Samir Şərifov oyunları bağlı elan edib.
Qalib idmançılar tərəfindən III MDB Oyunlarının bayrağı endirilib.
Bayraq növbəti yarışlara ev sahibliyi edəcək ölkəyə təhvil verilməsi üçün MDB İcraiyyə Komitəsinə təqdim olunacaq.
Daha sonra Azərbaycanın Dövlət himni səsləndirilib.
Bağlanış mərasimi konsert proqramı ilə davam edir.
