Gəncədə kütləvi dava baş verib.
Referans Media Teleqraf-a istinadla xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
Əsasən Kəlbəcər rayonundan olan sakinlərin məskunlaşdığı ərazidə baş verən dava zamanı 5 nəfər xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.
