Generalla bağlı yeni ƏMR İMZALANDI

Dövlət Sərhəd Xidmətində (DSX) yüksək vəzifələrə yeni təyinatlar olub.

Referans Media  bildirir ki ,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmrlər imzalanıb.

Vəzifədə irəli çəkilənlərdən biri də general-mayor Azad Abdullayevdir. General DSX-nin Sərhəd Qoşunları Komandanlığının qərargah rəisi təyin edilib.

“Azərbaycan bayrağı” ordeni ilə təltif edilmiş A. Abdullayev bu təyinata qədər diviziya komandiri kimi xidmət göstərib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki