Referans Media xəbər ki, Science jurnalında dərc olunan araşdırmaya görə, insan ömrünün təxminən 55 faizi genetik faktorlardan asılıdır. Bu göstərici əvvəlki hesablamalarda qeyd olunan 6–33 faiz aralığından xeyli yüksəkdir.
Tədqiqatçılar ölümləri daxili və xarici səbəblərə ayıraraq daha dəqiq analiz aparıblar və genetik təsirin əsas bioloji xüsusiyyətlərlə eyni səviyyədə olduğunu müəyyən ediblər.
Mütəxəssislər bildirirlər ki, genlər ömür uzunluğunun sərhədlərini müəyyən etsə də, qidalanma, fiziki aktivlik və həyat tərzi hələ də həlledici rol oynayır.
