Gətirilən hər ikinci telefona görə əlavə 100 manat ödəniləcək

  Azərbaycana gətirilən mobil telefonlara yeni vergi tətbiq ediləcək.

Referans.az  bildirir ki,”2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, ölkəyə gətirilən mobil cihazlara gömrük rüsumu ilə yanaşı aksiz vergisi də hesablanacaq.

Layihəyə görə, təqvim ili ərzində bir nəfər tərəfindən ölkəyə 1 ədəddən artıq mobil telefon gətirildiyi halda, hər əlavə cihaz üçün 100 manat aksiz vergisi ödəniləcək. Bu məbləğ bazar qiymətindən asılı olmayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki