image-saar-e1607451457912backend

Gideon Saar Bakıya gəlir – Tarix

İsrail xarici işlər naziri Gideon Saar yanvarın 26-da Bakıya gələcək.

Referans Media bildirir ki, Oxu.Az-ın verdiyi xəbərə görə, bu barədə “AIA Global” saytı məlumat yayıb.

“Səfər bir gün davam edəcək. Buraya bir sıra görüşlər, o cümlədən Azərbaycan xarici işlər naziri ilə danışıqlar daxildir. Bundan sonra Saar Qazaxıstana səfər edəcək”, – İsrail mənbəsi bildirib.

“Bu səfər Qərb və İsrail analitiklərinin artan diqqəti fonunda baş verir, onlar tez-tez Bakını “Mərkəzi Asiyaya qapı” adlandırırlar”, – məlumatda qeyd edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki