Görmə problemi psixoloji durumumuza da ciddi təsir edirmiş

  Görmə problemləri təkcə insanın fiziki rifahına və ümumi həyat keyfiyyətinə təsir göstərmir.

Referans xəbər verir ki, bunu məşhur oftalmoloq Aygül Otxozoriya deyib. O, “Gazeta”ya açıqlamasında bildirib ki, görmə qüsuru olan insanların psixoloji sağlamlığı bu cür problemləri olmayanlara nisbətən daha çox olur.

“Ciddi görmə pozğunluğu tənhalıq, sosial təcrid və daimi narahatlıq, qorxu hissləri ilə assosiasiya olunur. 65 yaşdan yuxarı görmə pozğunluğu olan insanların ağır sosial təcridlə qarşılaşma ehtimalı iki dəfə çoxdur”,- həkim qeyd edib.//Publika.az   


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki