Görünüşüylə məşhurlaşan dilənçi qız saxlanıldı

Paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbə sakininin ona məxsus mağazadan pul vəsaitinin oğurlanması ilə bağlı polisə müraciəti daxil olub.

Referans -ın məlumatına görə, müraciət əsasında təhqiqat araşdırmaları aparılıb. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslərin avaralıq və dilənçiliklə məşğul olan, Yevlax rayon sakinləri B.Mukavadze (red.-“Tiktok” adı “Aysu”) və T.Bəkirova olması müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xatırladaq ki, sözügedən oğurluq görüntüləri bir neçə gün öncə sosial şəbəkələrdə yayılmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki