Göyçayda əməliyyat: “Kalaşnikov”la tutuldu – VİDEO

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də dəfələrlə məhkum olunmuş 33 yaşlı Əlixan Məmmədov saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Referans Media-ya verilən məlumata görə, onun yaşadığı ünvandan psixotrop maddə olan metamfetamin, eləcə də “Kalaşnikov” markalı avtomat və 126 ədəd patron aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki