Göyçə gölündə, Ermənistanın Yazıçıların İstirahət Evinin yanında qadın cəsədi tapılıb.
Bu barədə Ermənistanın kriminal xəbər saytı olan “Shamshyan” məlumat yayıb.
“İlkin məhkəmə-tibbi ekspertizasının rəyinə görə, cəsədin müayinəsi zamanı heç bir zorakılıq əlaməti aşkar edilməyib. Sahildə qadına məxsus olduğu ehtimal edilən əşyalar da tapılıb”,- nəşr yazıb.
O da qeyd edilib ki, artıq “Sevan” İstintaq İdarəsi bu müəmmalı hadisə ilə bağlı cinayət işi açıb.Hüquq-mühafizə orqanlarının əməkdaşları qadının şəxsiyyətini müəyyən edirlər. Qeyd edək ki, sosial şəbəkələrin erməni seqmentində aşkarlanan cəsədin bir ziyalı və ya yazıçıya aid olması barədə şaiyələrə də yayılıb.//Publika.az
