İndoneziyanın Sumatra adasında güclü yağışın səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində azı 10 nəfər həlak olub.
Referans MEDİA xəbər verir ki, İndoneziyada son vaxtlar çox sayda insanın ölümünə səbəb olan əlverişsiz hava şəraiti hökm sürür.
Axtarış-xilasetmə qrupları Şimali Sumatranın Sibolqa şəhərində ən azı 5 nəfərin cəsədini tapdıqlarını bildirib. 3 nəfərin yaralı olduğunu, 4 nəfərin isə hələ də itkin düşdüyünü açıqlayıblar.
Mərkəzi Tapanuli bölgəsində torpaq sürüşməsi nəticəsində dörd nəfər dünyasını dəyişib, güclü yağışların yaratdığı daşqınlar təxminən 2000 binanı su altında qoyub.
Cənubi Tapanulidə sel və torpaq sürüşməsi nəticəsində 1 nəfər ölüb, 470 ev su altında qalıb.
Səlahiyyətlilər təcili yardım çadırlarının qurulduğunu bildirib və yerli əhalini yüksək riskli əraziləri dərhal tərk etmələri barədə xəbərdar ediblər.
