Gülnarə Muxtarova işdən çıxarıldı

  Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru Gülnarə Muxtarova öz ərizəsi ilə vəzifəsindən azad edilib.

Referans.az  xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktor Vüqar Qurbanov müvafiq əmr imzalayıb.

 Əmrə əsasən, G.Muxtarova Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən oktyabrın 21-dən tutduğu vəzifəsindən azad edilib.

Faktı TƏBİB “Report”a təsdiqləyib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki