Gümrünün meri Vardan Qukasyan saxlanıldı

  Gümrünün meri Vardan Qukasyan saxlanılıb.

Referans.az  xəbər verir ki, bələdiyyə binasına 60-70 nəfər daxil olaraq meri götürüblər.

Hazırda meriyada Ermənistan Polisinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları fəaliyyət göstərir.

 Qeyd edək ki, merin oğlu Spartaka qarşı “hədə-qorxu ilə pul tələb etmə və icma əmlakını mənimsəmə” ittihamları ilə cinayət işi açılıb.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki