Gümüşün qiyməti 2026-cı ilin mart fyuçersləri üzrə fevralın 4-dən bəri ilk dəfə 90 dolları keçib.
Referans Media xəbər verir ki, Bakı vaxtı ilə saat 09:34-də metalın bir trua unsiyası 90,01 dollar (+2,86%), saat 09:50-də isə 90,97 dollar (+3,96%) olub.
Qeyd edək ki, 2026-cı ilin aprel ayı üçün qızıl füçerslərinin trua unsiyası isə 5 227.6 dollar (+0.99%) təşkil edib.























