Günəş tutulması olacaq – Bu tarixdə…

  Dünyanın ən möhtəşəm təbiət hadisələrindən biri üçün geri sayım başlayıb. 2 avqust 2027-ci ildə baş verəcək tam Günəş tutulması, Ayın Günəşi 6 dəqiqə 23 saniyə ərzində tamamilə örtməsi ilə tarixə düşəcək.

Referans.az  xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər bu hadisəni əsrin ən uzun ikinci tam Günəş tutulması adlandırır. Tutulma zamanı Günəş işığı tamamilə kəsiləcək, yer üzünə qısa müddətlik qaranlıq enəcək. Hadisə zamanı təxminən 258 kilometr enində olan tutulma zolağı Atlantik okeanından başlayaraq bir neçə qitəni birləşdirəcək. Günəş tutulması İspaniya, Cəbəllütariq, Mərakeş, Əlcəzair, Tunis, Liviya, Misir, Sudan, Səudiyyə Ərəbistanı və Yəmən ərazisindən keçərək Somali sahillərində, Hind okeanında sona çatacaq.

Tutulmanın ən uzun davam edəcəyi nöqtə Misirin tarixi Luksor şəhəri yaxınlığı olacaq. Burada Günəş tam 6 dəqiqə 23 saniyə ərzində görünməz olacaq. Meteoroloqlar bildirir ki, Liviya və Misirin qərb hissəsində buludlanma riski demək olar ki, yoxdur, bu da müşahidə üçün ideal şərait yaradır. Növbəti bu cür tutulma 90 ildən sonar baş verəcək. 2027-ci ildəki bu hadisə, 2009-cu ildə Hindistan və Çin üzərindən keçən 6 dəqiqə 39 saniyəlik tutulmadan sonra əsrin ən uzun ikinci Günəş tutulması olacaq. Astronomlar bildirir ki, bu qədər uzun davam edən növbəti tutulma yalnız 3 iyun 2114-cü ildə baş verəcək.

Mütəxəssislər hər kəsi xəbərdar edir:

“2 avqust 2027-ni təqviminizə qeyd edin, belə bir mənzərəni yenidən görmək üçün bir ömür bəs etməyə bilər”.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki