Gürcüstanın azərbaycanlılar yaşayan kəndində yeraltı təkanlar qeydə alınıb

Gürcüstanın cənub-qərbində 3,1 maqnitudalı zəlzələ baş verib.

Yeraltı təkanlar saat 22:20-də Dmanisi şəhərindən 19 kilometr, Tiflisdən isə 62 kilometr məsafədə yerləşən Məmişli kəndi yaxınlığında baş verib.

Zəlzələnin ocağı 5 kilometr dərinlikdə yerləşib.

Dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.

Qeyd edək ki, Gürcüstanın Dmanisi bələdiyyəsinə daxil olan Məmişli kəndində minə yaxın insan yaşayır. Kənd əhalisinin 99%-i azərbaycanlılardır.//Demokrat.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki