Hacıqabulda 9 yaşlı uşaq faciəvi şəkildə öldü

  Hacıqabulda yük avtomobili velosiped sürən 9 yaşlı uşağı vuraraq öldürüb.

Referans.az   “Report”a istinadən bildirir ki, hadisə gecə saatlarında Bakı-Qazax magistralının rayonun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 Belə ki, rayonun Atbulaq kənd sakini, 2016-cı il təvəllüdlü M.V velosipedlə hərəkətdə olarkən onu yük avtomobili vurub. Azyaşlı aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki