Hacıqabulda zəncirvari qəza olub.
Referans Media xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
“QAZel” markalı avtomobillə iki KIA markalı maşın toqquşub. Nəticədə beş nəfər xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. (Apa.az)






















