İnterin əsas oyunçularından Hakan Çalhanoğlu zədədən sonra məşqlərə qoşulub.
Referans Media xəbər verir ki, Türkiyə millisinin futbolçusu və komanda yoldaşı Nicolò Barella, uzun müddət meydanlardan uzaq qalan Denzel Dumfries ilə birlikdə son Çempionlar Liqası, Serie A və Coppa Italia oyunlarında komandalarına kömək edə bilməmişdilər.
Buna baxmayaraq, İnter onların yoxluğunda da yüksək səviyyədə performans göstərərək həm İtaliya çempionatında zirvədəki mövqeyini qoruyub, həm də Avropada önəmli uğurlar qazanıb.
“Corriere dello Sport”un məlumatına görə, Hakan və Barella artıq son məşqlərdə tam komandaya qoşulub. Bu, 14 fevralda keçiriləcək Yuventus matçında onların iştirakına dair ümidləri artırır.
Lakin real vəziyyət bir qədər fərqlidir. Hakanın Yuventus qarşısında ilk 11-də çıxış edib-etməyəcəyi hələ dəqiq bilinmir. Barella isə daha yüksək ehtimalla start heyətində yer alacaq, çünki matç tempini yakalamaq üçün ona daha az vaxt lazım olacaq.
