Hakimliyə namizədlərin növbəti seçim prosesi ilə əlaqədar 370-dən çox hüquqşünas test imtahanında iştirak etmək üçün sənədlərini Komitəyə təqdim edib.
Bu barədə Referans.az -a Hakimlərin Seçki Komitəsindən məlumat verilib.
Bildirilib ki, həmin namizədlərlə test imtahanı cari ilin sentyabr ayının 21-də Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 108 ünvanında yerləşən Elektron İmtahanlar Korpusunda keçiriləcəkdir.
Namizədlər imtahana buraxılış vərəqəsini sentyabrın 11-dən etibarən dim.gov.az saytı vasitəsilə əldə edə bilərlər.
Buraxılış vərəqəsini əldə etmək üçün son müddət 20 sentyabr 2025-ci il saat 10:00 müəyyən edilmişdir.
