image-krantbackend

Hamı zibilliyə atır, ancaq bu problemin çarəsidir

Vanna otağının və mətbəxin parıltısını itirən su krantları çox vaxt evdar xanımların ən böyük probleminə çevrilir. Üzərində quruyan su damcılarının yaratdığı ərp və ləkələr nə qədər təmizlənsə də, qısa müddət sonra yenidən eybəcər görüntü yaradır.

 

Referans Media  xəbər verir ki, bu ləkələri aradan qaldırmaq üçün sirkə və sodadan istifadə etmək olduqca populyar üsuldur. Həmçinin marketlərdə müxtəlif qiymətlərə satılan kimyəvi təmizləyicilər də çıxış yolu kimi görünür. Lakin bütün bunlara pul xərcləmədən, mətbəxdəki bir “tullantı” ilə mükəmməl nəticə əldə etmək mümkündür.

 

Söhbət çörəyin içinə qoyulduğu və ya fast-fud restoranlarında paketləmə üçün verilən adi kağız torbalardan gedir. Həmin bu qəhvəyi kağızların lifli quruluşu və səthi krantların üzərindəki ləkələri bir neçə saniyə ərzində yox edir. Heç bir əlavə maye və ya təmizləyici vasitə vurmadan, sadəcə quru kağızla krantın səthini sürtmək kifayətdir.

 

Kağızın yaratdığı sürtünmə həm ərpi təmizləyir, həm də metala xüsusi parlaqlıq verir. Bu üsul həm büdcəyə qənaət edir, həm də kimyəvi maddələrin tənəffüs yollarına vurduğu zərərin qarşısını alır.

 

Üstəlik, işinizi bitirdikdən sonra həmin kağızı a


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki