Havay adalarında güclü zəlzələ

Havay adalarında 6 maqnitudalı zəlzələ baş verib.

Referans Media xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmətinin (USGS) məlumatında deyilir.

Zəlzələnin episentri Honauno-Napupu yaşayış məntəqəsindən 6 km cənub-şərqdə yerləşir, ocağı isə 16 km-dən bir qədər daha çox dərinlikdə olub.

Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.(“Report”)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki