Həccə getmək istəyənlərin nəzərinə: kvota…

Həcc ziyarəti ilə bağlı sənəd qəbulu üzrə kvotanın tamamlanmasına az qalıb.

Referans Media  bildirir ki, bunu  İqtisadiyyat.az-a Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri deyib.

O qeyd edib ki, sənəd qəbulu başa çatdıqdan sonra ətraflı məlumat veriləcək. Həcc ziyarəti üçün ilk uçuş mayın 17-də olacaq. Həmin zəvvar qrupunda 180 nəfər olacaq. Həcc ziyarətinin qiyməti bu il üçün 6 100 ABŞ dolları, yəni 10 388 AZN təşkil edir”.

Xatırladaq ki, Vüsal Cahangiri daha əvvəl regionda baş verən gərginliyin Həcc ziyarəti üçün müraciətlərə təsir etmədiyini də açıqlamışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki