Beynəlxalq alimlərin apardığı genişmiqyaslı araşdırma qadın və kişi münasibətləri ilə bağlı maraqlı nəticə ortaya çıxarıb.
Referans xəbər verir ki, tədqiqata görə, ilk görüşlərdə yalnız kişilər deyil, qadınlar da yaşca gənc partnyorlara daha çox meyl göstərir.
6 min nəfərin iştirak etdiyi “blind date” tipli görüşlərin analizində müəyyən olunub ki, halların 55 faizində həm kişilər, həm də qadınlar gənc namizədləri daha cəlbedici hesab edib.
Bu nəticə ictimai stereotipləri qırır. Çünki indiyədək ümumi fikir kişilərin gənc qadınlara üstünlük verməsi üzərinə qurulmuşdu. Lakin araşdırma göstərib ki, qadınlar da ilk təəssüratda gənc partnyorları daha cazibədar görürlər.
Maraqlıdır ki, statistik olaraq dünya üzrə evliliklərdə kişilər qadınlardan orta hesabla 3–4 il böyük olur. Bəzi ölkələrdə isə bu fərq 8 ilə qədər yüksəlir. Buna baxmayaraq, alimlər hesab edir ki, ilkin görüş mərhələsində yaşdan çox “gənclik və enerjilik” amili daha önəmli olur./Sfera.az
