HƏMAS BMT Təhlükəsizlik Şurasının ABŞ-ın Qəzza planını dəstəkləyən qətnaməsini rədd edərək, bunun “Fələstin xalqının hüquqlarına məhəl qoymadığını” deyib.
Referans.az xəbər verir ki, hərəkat vurğulayıb ki, beynəlxalq qüvvələr yalnız atəşkəsə əməl olunmasına nəzarət etmək üçün sərhəddə olmalıdır.
Qeyd edək ki, daha əvvəl Təhlükəsizlik Şurasının 15 üzvündən 13-ü qətnamənin lehinə səs verib, Rusiya və Çin isə bitərəf qalıb./Musavat.com
