Hər kəs bu görüntülərdən danışır: Çin və Hindistan qarşıdurmaya gedir? Dünyanın gözü sərhəddədir

Hindistan ordusunun keçirdiyi hərbi təlim dünya mediasında geniş rezonans doğurub. Təlim zamanı bəzi hərbçilərin Çin ordusuna məxsus uniforma geyinməsi və yaxın təmaslı döyüş ssenarilərinin tətbiq olunması diqqət çəkib.

Referans Media xəbər verir ki, dağlıq ərazidə təşkil edilən təlimdə Hindistan hərbçilərinin “Çin əsgərləri” rolunu oynayan qüvvələrlə yumruq-yumruğa döyüş məşqləri apardığı görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb. Təlimdə sərhəd qarşıdurması ehtimalına qarşı hazırlıq ssenarilərinin tətbiq edildiyi bildirilib.

Yayılan kadrlarda Çin ordusunun geyimlərini xatırladan forma geyinən hərbçilərlə Hindistan əsgərlərinin yaxın məsafəli döyüş təlimləri keçdiyi görünür. Ekspertlər bu cür ssenarilərin xüsusilə sərhəd bölgələrində mümkün qarşıdurmalara hazırlıq məqsədi daşıdığını qeyd edir.

Təlim görüntüləri iki nüvə dövləti arasında son illərdə artan sərhəd gərginliyini yenidən beynəlxalq müzakirələrin mərkəzinə gətirib. Sosial mediada geniş müzakirələrə səbəb olan görüntülərdən sonra bölgədə təhlükəsizlik məsələləri yenidən diqqət mərkəzinə düşüb.

Qeyd edək ki, Çin və Hindistan arasında xüsusilə Himalay sərhəd xətti boyunca zaman-zaman hərbi qarşıdurmalar və gərginliklər yaşanır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki