Hərbi karvan mikroavtobusla toqquşdu – 3 əsgər yaralandı

  Polşada ABŞ hərbi maşınlarının karvanı mikroavtobusla toqquşub.

 Bu barədə “RMF FM” məlumat yayıb.

Məlumatda bildirilir ki, qəza nəticəsində üç əsgər yaralanıb. Mikroavtobusun sürücüsü də xəsarət alıb.

Karvan ABŞ-ın hərbi “Hummer” maşınlarından ibarət olub.

Qəza magistral yolda ləngimələrə səbəb olub və təcili yardım xidmətləri Varşavaya doğru gedən ən azı bir zolağı bağlamağa məcbur olub.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanları və xilasedicilər işləyir./Publika.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki