Hibrid və plug-in hibrid avtomobillərə güzəşt LƏĞV OLUNDU

  Azərbaycana elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı 1 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olacaq.

Referans.az  xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, 2026-cı il yanvarın 1-dən 1 il müddətinə yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı ƏDV-dən azad edilir.

Qeyd edək ki, indiyədək elektrik avtomobillərlə yanaşı hibrid və plug-in hibrid avtomobillər ƏDV-dən azad idi. Yeni qərarla isə 2026-cı ildən bu güzəşt yalnız elektrik mühərrikli avtomobillərə şamil olunacaq.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki