Hizbullahdan İsrailə ardıcıl zərbələr – şimal bölgəsi hədəfdə

Hizbullah İsrailin şimalına hücum etdiyini açıqladı

Hizbullah İsrailin şimalındakı bir sıra hərbi obyektlərə hücumlar həyata keçirdiyini bildirib. Təşkilatın açıqlamasına görə, gecə saatlarından etibarən raketlər, pilotsuz uçuş aparatları və artilleriya ilə 15 zərbə endirilib.

Məlumatda həmçinin Livanın cənubunda İsrail hərbçiləri ilə toqquşmaların baş verdiyi, bir neçə yaşayış məntəqəsində hərbi hədəflərin vurulduğu qeyd olunub. Hücumların İsrailin şimal bölgələrində davam etdiyi bildirilib.

Digər tərəfdən, İsrailin Livana endirdiyi zərbələr nəticəsində martın əvvəlindən etibarən 1200-dən çox insanın həyatını itirdiyi, 1 milyondan artıq şəxsin isə məcburi köçkünə çevrildiyi açıqlanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki