Hökumət təsdiqlədi: Livan ordusu əməliyyatlara başlayır

  Livan hökuməti ordunun “Hizbullah“ı mərhələli şəkildə tərksilah etməsini nəzərdə tutan plana dəstək verib.

Referans xəbər verir ki, beş mərhələdən ibarət olan plan Litani çayının cənubunda başlanacaq əməliyyatları əhatə edir.

Təxminən üç ay davam edəcəyi gözlənilən proses çərçivəsində Suriya sərhədində təhlükəsizlik gücləndiriləcək. Eyni zamanda Fələstin düşərgələrində silahlı qruplaşmalar zərərsizləşdiriləcək və ölkə ərazisindəki qeyri-qanuni silah anbarları ələ keçiriləcək.//globalinfo.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki