Hücum başladı! İsraildə sirenlər çalınır

Atəşkəsə baxmayaraq bölgədə gərginlik davam edir. Livandan buraxılan pilotsuz uçuş aparatları səbəbindən İsrailin şimalındakı bir sıra yaşayış məntəqələrində hava həyəcanı elan olunub. İsrail ordusu PUA-ların ölkə ərazisinə daxil olmadan zərərsizləşdirildiyini açıqlayıb.

Refrans MEDİA xəbər verir ki, İsrail Müdafiə Qüvvələri tərəfindən yayılan açıqlamada bildirilib ki, saat 18:27-də PUA hücumu səbəbindən ölkənin şimalındakı bəzi yaşayış məntəqələrində sirenlər işə düşüb.

Açıqlamada qeyd olunub ki, Livandan buraxılan pilotsuz aparatların İsrail ordusu tərəfindən ölkə ərazisinə daxil olmadan qarşısı alınıb. Saat 18:43-də isə daha bir PUA hücumu səbəbindən Marqaliot və Manara yaşayış məntəqələrində də sirenlər səslənib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki