Hürmüzdə təhlükə böyüyür: İngiltərə döyüş təyyarələrini göndərdi TƏCİLİ!

Yaxın Şərqdə artan gərginlik fonunda ABŞ Hörmüz Boğazı ilə bağlı diqqətçəkən hərbi addım atıb. London rəhbərliyi bölgəyə döyüş təyyarələri, mina təmizləyən dronlar və dron əleyhinə sistemlər göndərəcəyini açıqlayıb.

Referans Media xəbər verir ki, Birləşmiş Krallıq Müdafiə Nazirliyi tərəfindən yayılan açıqlamada məqsədin bölgədə ticari gəmi hərəkətinin və müttəfiqlərin təhlükəsizliyini təmin etmək olduğu bildirilib.

Məlumata görə, "Eurofighter Typhoon" tipli döyüş təyyarələri ilə yanaşı, mina təmizləmə dronları və müasir dron əleyhinə sistemlər də bölgəyə yerləşdiriləcək.

Bununla yanaşı, Şərqi Aralıq dənizində xidmət aparan "HMS Dragon" döyüş gəmisinin də Hörmüz Boğazı ətrafına yönləndirildiyi açıqlanıb.

Con Heli bildirib ki, Hörmüz Boğazının təhlükəsizliyi üçün yeni texnologiyaların tətbiqinə 115 milyon funt sterlinq vəsait ayrılıb.

Son aylarda ABŞ, İsrail və İran arasında artan gərginlik fonunda bölgədə hərbi aktivliyin sürətlə yüksəldiyi qeyd olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki