İcra başçısı özünə yeni müavin təyin etdi

Samux Rayon İcra Hakimiyyətinin (RİH) Başçısı Firdovsi Əliyev özünə yeni müavin təyin edib.

Referans Media  İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı o, müvafiq əmr imzalayıb.

Məlumata görə, Elmar Qarayev Başçının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

O, yeni təyinatadək Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunun müdiri vəzifəsində çalışıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki