İsrail ABŞ-ı Qətərdə HƏMAS liderlərinə hücumdan əvvəl xəbərdar edib. Bu barədə ABŞ-ın “CBS News” telekanalının Ağ Ev üzrə xüsusi müxbiri Cennifer Ceykobs məlumat yayıb.
“İsrail ABŞ-ı Dohada HƏMAS liderlərinə zərbə endirməzdən əvvəl – demək olar ki, raketlərin buraxıldığı an – xəbərdar edib. Zərbə ABŞ-la koordinasiya olunmayıb, lakin Vaşinqtona onun həyata keçirilməsindən dərhal öncə məlumat verilib”, – jurnalist “X” sosial şəbəkə hesabında yazıb.
Xatırladaq ki, İsrail hökuməti Qətərin paytaxtı Dohaya hücum edib. Netanyahunun ofisi hücum zamanı HƏMAS rəhbərliyinin hədəf alındığını bildirib.//Globalinfo.az
