II Qareginin qardaşı da Ukraynanın siyahısında – Səbəb

  Bütün ermənilərin katolikosu II Qareginin qardaşı arxiyepiskop Ezras Ukraynanın “Mirotvorets” saytının məlumat bazasına daxil edilib.

Referans xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

“O, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirməyə cəhddə, habelə Rusiyanı açıq şəkildə dəstəkləməkdə ittiham edilir”, – deyə bildirilib.

Qeyd edək ki, sözügedən saytın məlumat bazasına Rusiyanın tanınmış simaları — siyasətçilər, iş adamları, aktyorlar və idmançılar daxildir. Portal 2014-cü ilin avqust ayından fəaliyyət göstərir./Globalinfo.az   


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki