İllər əvvəl, Sivasın Çukurbelen kəndində kölgəlik ağac olmadığı üçün iki dost ting əkmək qərarına gəlib və təxminən 3000 ağac əkib. İllərlə əkilən tinglər meşəlik ərazilərə çevrilib. Kəndlilərin adını daşıyan hər bir ting kənd mədəniyyətinin bir hissəsinə çevrilib.
Referans Media xəbər verir ki, Sivas şəhər mərkəzindən 18 kilometr aralıda yerləşən Çukurbelen kəndində doğulub böyüyən iki dost təxminən 20 il əvvəl ağac əkmək qərarına gəliblər. Cəmi beş tinglə başlayan proses indiyə qədər təxminən 3000 ağaca çevrilib. Çölün ortasında yerləşən və tamamilə boş torpaqlardan ibarət dağ yamacında meşə salmaq istəyən Əbdülbaki Hafızoğlu və düyasını dəyişən dostu Tələt Akgül Çukurbelenli kəndlilərinin adlarını ağaclara qoyublar.
İllər ərzində yaradılan üç fərqli meşəlik kənd sakinlərini heyran edib və onları ting əkməyə sövq edib. Böyükdən-kiçiyə hər kəsin bir ting əkdiyi kənd ətraf kəndlərə də nümunədir.
