Abşeronda 33 yaşlı kişi qəm qazından boğulub.
Referans Media-nın məlumatına görə, hadisə rayonun Masazır kəndində baş verib.
1993-cü il təvəllüdlü Hüseyn Yasən oğlu Ramazanov kirayə yaşadığı Masazır kəndi, H.Z.Tağıyev küçəsindəki evlərdən birində dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar hadisə Sumqayıt şəhər Corat qəsəbəsində də baş verib.
1990-cı il təvəllüdlü Əbülfəz Bayraməli oğlu Vahabov yaşadığı fərdi evdə dəm qazından boğularaq vəfat edib.
Baş vermiş hadisələrlə bağlı araşdırma aparılır.
