image-teleqraf-com1410263252su-arxbackend

İki yaşlı uşaq arxa düşüb öldü

Yevlaxda azyaşlı su arxına düşərək ölüb.

Referans Media Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin Qaraçılar məhəlləsində qeydə alınıb.

İlkin məlumata görə, 2024-cü il təvəllüdlü azyaşlı valideyn nəzarətindən kənarda qaldığı vaxt yaxınlıqdan keçən su arxına düşərək boğulub.

Onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki