İlham Əliyev Donald Trampa təşəkkür etdi – FOTO

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında ABŞ Prezidenti Donald Trampa təşəkkür edilib.

Referans Media xəbər verir ki, paylaşımda bildirilir:

    “Mənə xatirə hədiyyəsi kimi, şəxsi qeydiniz və xoş sözlərinizlə müşayiət olunan Azadlığa Dəstək Aktının 907-ci maddəsi üzrə istisnanın uzadılmasına dair memorandumu göndərdiyinizə görə Sizə səmimi təşəkkürümü bildirirəm.

    Bu diqqətli və nəzakətli jesti yüksək qiymətləndirir və ona böyük ehtiramla yanaşıram”.

     


    • whatsapp
    • messenger
    • telegram
    • vkontakte
    • odnoklassniki