İlham Əliyev Qazaxıstan Prezidentinə təşəkkür etdi

Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib.

Referans Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin “X” hesabında paylaşım edilib:

“İran dövləti tərəfindən Naxçıvana edilən hücumları qınadığına və Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq və müttəfiqlik münasibətləri ruhunda ölkəmizə göstərdiyi dəstəyə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığımı bildirirəm”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki