Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfər edəcək.
Referans xəbər verir ki, bunu Türkiyənin şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum deyib.
Onun sözlərinə görə, iyunun 17-də Kahramanmaraş vilayətində Azərbaycan hökumətinin dəstəyi ilə tikilən “Azərbaycan” məhəlləsi istifadəyə veriləcək.
“İyunun 17-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə 250 mininci mənzil sahiblərinə təqdim olunacaq”, – nazir vurğulayıb.
Qeyd edək ki, 2023-cü il fevralın 6-da Türkiyədə episentri Kahramanmaraş vilayətinə düşən dağıdıcı zəlzələlər baş verib.
Təbii fəlakətdən sonra Azərbaycandan Türkiyəyə 1500 tondan çox humanitar yardım göndərilib. Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə Kahramanmaraşda “Azərbaycan” məhəlləsi tikilib.